Nikola Yurçeviç istefaya göndərilir - SON XƏBƏR

Sportarena.az      12 İyun 2018, 15:21

AÇ-2020-nin seçmə mərhələsində keçirdiyi üç oyuna xal qazanmayan Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilə bilər.

 

Sportarena.az sportal.az-a istinadən xəbər verir ki, ötən gün Slovakiya ilə matçdan (1:5) sonra xorvatiyalı mütəxəssislə AFFA rəhbərliyi və İcraiyyə Komitəsi uzun söhbət edib.Yurçeviç çətin qrupda mübarizə apardıqlarını və rəqiblərlə müqayisədə zəif və materialsız olduğunu qabardıb.

 

AFFA-nın rəsmi saytında 52 yaşlı mütəxəssisdən hesabat tələb olunacağı bildirilib. Əldə etdiyimiz məlumata görə, federasiya Yurçeviçlə yola davam etmək istəmir. Azarkeşlərin və futbol ictimaiyyətinin ayağa qalxması federasiya üçün ciddi siqnal olub. Bu səbəbdən də yaxın günlərdə Yurçeviçin müqaviləsinə xitam veriləcəyi gözlənilir.

 

Nikola Yurçeviç ilin əvvəlində Azərbaycan millisinin baş məşqçi postuna keçib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin