Millinin ən yaxşıları: Riçard, Bədavi, Qara...

Sportarena.az      14 İyun 2018, 16:30

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki ilk 3 oyunundan sonra yığmanın ən yaxşıları açıqlanıb.



UEFA-nın saytında dərc olunan statistikaya görə, komandanın ən yaxşısı Riçard Almeydadı. O, 425 xalla ümumi sıralamanın 186-cısıdı. Millinin seçmə mərhələsindəki 3 qolundan ikisinin müəllifi olan Ramil Şeydayevin 422 xalı var və o, komandada 2-ci, ümumi cədvəldə 188-ci pillədə qərarlaşıb. İlk "3-lüy"ü Bədavi Hüseynov qapayır. Təcrübəli müdafiəçi 350 xalla 276-cı yerdədi.
 

İlk "5-liy"in növbəti yerləri də "Qarabağ"lılara məxsusdu. Yarımmüdafiəçi Qara Qarayev 4-cü, Macarıstanla görüşdə yeganə qolumuzun müəllifi olan Mahir Əmrəli isə 5-cidi.
 

Maraqlıdı ki, millinin son oyunlardakı uğursuz nəticələrinə görə ən çox Riçard Almeyda, Bədavi Hüseynov və Qara Qarayev tənqid olunub. Ancaq hesablamalara görə onlar bu matçlarda yüksək performans göstəricilərinə malik olublar.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin