Türkiyə klubu "Qarabağ"ın futbolçusunu istəyir

20:54 14 İyun 2019

Türkiyənin "Rizəspor" klubu "Qarabağ"dan futbolçu transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi Donald Gerryeyə elçi düşüb. "Rizəspor" qışda Sloveniyanın "Domjale" klubundan transfer etdiyi "Neftçi"nin sabiq üzvü Dario Melnyakı sataraq "Qarabağ"ın futbolçusunu heyətinə qatmaq istəyir. 

 

Qeyd edək ki, Gerye 2017-ci ildə Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a transfer olunub. O, ötən mövsüm 37 oyuna çıxaraq 3 qol vurub və 4 məhsuldar ötürmə edib.


Xəbər xətti