"Mübariz Mənsimov bütün futbolçulara X5 bağışlamışdı" - MÜSAHİBƏ + FOTOLAR

Sportarena.az      17 İyun 2018, 16:01

"Xəzər Lənkəran" klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun Autocity.az-ın "Şəbəkə fəalları" rubrikasının suallarını cavablandırıb.

 

- Maşınlara marağınız nə vaxtdan yaranıb və ilk maşınınız hansı olub?
- Maşınlara həvəsim uşaqlıqdan olub və ən çox "Lada 2107"ni bəyənmişəm. İlk maşınım da bu marka olub. 3 avtomobil dəyişmişəm. Onları satanda 2-si haqqında xəbər düz Salyana qədər gedib çıxıb. Çünki avtomobillərim çox az sürülüb və təmiz maşın olub. Təsəvvür edin, yağ dəyişəndə km 4000 qoyulur və mən o km-i 1 ilə sürürəm.

 

- Hansı avtomobil daha çox ürəyinizcə olub?
- Hər üç avtomobilim ürəyimcə olub və ən son sürüdüyüm "Hyundai Elantra" tam istədiyim maşındır və razıyam. Ondan əvvəlki "Aksent" markası ilə dünyanın ən dözümlü maşınıdır deyə bilərəm. Sadəcə, benizini tök sür.

 

 - "Xəzər Lənkəran"ın sabiq futbolçusu və məşqçisi Bəxtiyar Musayev Autocity.az-a müsahibəsində deyib ki, karyerasını başa vuranda klubunuzdan ona maşın veriblər. Ümumiyyətlə, "Xəzər Lənkəran"da çoxmu futbolçuya mükafat olaraq və ya müqavilə qarşılığında maşın hədiyyə edilib?
- Bəxtiyar Musayevə avtomobil verilməsini o vaxt biz də eşitmişdik. Yəni, həmin illər klubda çalışmasam da, bu barədə çoxunun bilgisi var idi. Dəqiq bilirəm ki, ilk çempion olan il komanda həm də "qızıl dubl" etmişdi və onda klubun fəxri preizdenti Mübariz Mənsimov hər futbolçuya yenicə satışa çıxan BMW X5 bağışlamışdı. Sadəcə, əksər futbolçular maşının əvəzinə onun bazar qiymətində pulunu almışdılar.

 

- Daha bir sabiq futbolçunuz Mahir Şükürov isə deyib ki, ən bahalı maşınlar futbolçularda olmalıdır. Bu, nə dərəcədə doğru fikirdir?
- Adətən, bahalı avtomobillər bütün dünyada futbolçularda olur və onlar sürət maşınlarına aludə olurlar. Bu mənada deyilən fikirlə razıyam. Amma bizimkilərin futbolu da qoy bahalı və gözəglimli olsun.

 

- Mübariz Mənsimov bir ara bahalı avtomobilləri ilə də gündəmə gəlirdi. Doğrudanmı Türkiyədə nadir avtomobillərin sahibidir?
- Mübariz bəy heç vaxt bahalı avtomobillə gündəmə gəlməyib. Hardasa 5 il əvvəl belə söhbət yayıldı ki, Türkiyəyə ən son model "Bugatti"ni onun kiçik qardaşı gətirib. Amma informasiyanın nə qədər doğru olduğunu bilmirəm. Özü isə, bildiyim qədərilə, avtomobil həvəskarı deyil.

 

- "Xəzər Lənkəran"ın sərəncamındakı avtobus və digər nəqliyyat vasitələrinin taleyi necə oldu?
- Əvəzedici heyətin avtobusu sürülmədiyi üçün geniş motorun hava yastıqları yatmışdı və səhv etmirəmsə, təmirə göndərildi. Digərləri Bakıda şirkətə məxsus qarajdadır.

 

- Yeni yol Lənkərana gediş-gəlişi nə qədər asanlaşdırıb?
- Yeni yol möhtəşəmdir. Əvvəllər 270 km-lik yolu 60-70 km/saat sürətlə 4 saata gedirdik. Çünki yol yaşayış məntəqələri ilə kecirdi. İndi isə avtoban yolda sürət 120 km/saat qoyulub. Üstəlik, yol 30 km qısalıb. Yolda radar da azdır. Heyf, çox heyf ki, bizdə oynayan futbolçular, məşqçilər yeni yolun açılışını görmədilər. Hətta kiminlə indi də əlaqəm varsa, danışanda yolun hazır olub olmadığını soruşur. Köhnə yolda çox əziyyət çəkmişik.

 

- Ümumiyyətlə, indiyədək ən çox hansı sürətlə sürmüsünüz?
- Mən heç vaxt 100 km/saat-dan yuxarı sürətlə avtomobil idarə etməmişəm. Yeni yolda 140-a qədər qaldırdım və dərhal da sürəti saldım. Sürət və şeytan ikisi də qardaşdır. Maşından həzz almaq üçün ən gözəli aşağı sürət və musiqidir.

 

- Xarici maşınlardan hansını daha şıltaq, ehityat hissələri və qiyməti sarıdan bahalı sayırsınız?
- Lap üst modeller barədə, sürmədiyim üçün bilgim də yoxdur. Ümumi götürdükdə, "Volkswagen" haqqında bu, daha çox deyilir.

 

- Azərbaycanda fəaliyyət göstərən avtomobil satışı şirkətləri barədə fikriniz necədir: Doğrundanmı onlar insanları aldadırlar, maşınları dəyərindən baha qiymətə satırlar?
- Avtomobil satışı şirkətləri haqqında geniş məlumatım yoxdur. Amma "ikinci əl" avtomobil alırsınızsa, mütləq inandığınız və başı çıxan yaxınınızın özü baxmalı, sonra qərar verilməlidir. Məşhur deyim var: "Maşın alverçisinin Allahı olmur".

 

- İndiyədək üzləşdiyiniz ən maraqlı yol əhvalatı hansı olub?
-Yadıma son əhvalat düşür. Şirkətin əməkdaşı Rəşad Əzizovla Lənkərandan Bakıya toplantıya gedirik və yeni yolda benzindoldurma məntəqəsinin birdə Səlyanda olduğunu unutdum və qoşa yola girəndə ayıldım ki, benzin vurmamışam, dönmə, geri qayitma üçün manevr də yoxdur və qırmızı işıq gecədən yanır. Güclə Masallıya çatıb qovşaqdan ayrılaraq, benzin vurub yola davam etdik.

 

- Yol polisləri ilə aranız necədir?
- Yol polisləri ilə münasibət daim əla olub. Həmişə mənə hörmət ediblər. Lənkəranda məlum yol polisi də futbol xəstəsi olur. İstənilən halda səni də hamı tanıyır. 120 km/saatlıq yolda 110-la sürən adama polis nə deyəcək ki? Amma bir neçə dəfə kobud qayda pozuntusu olub və yola veriblər. Ən son Salyanda yol polisi saxladı və avtomobilə çata-çatda "Müəllim, maşının içərisi "Xəzər Lənkəran"ın fan-şopuna oxşayır. Elə bil pirdir" deyə gülərək, əlavə etdi: "Sür, get".

 

- Övladlarınızın maşına həvəsi var?

- Az da olsa, hər ikisinin marağı var. Amma mənim qədər deyil.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin