Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

Sportarena.az      24 İyun 2018, 12:09

"Krılya Sovetov"dan ayrılan Aleksandr Səmədov karyerasını ölkəmizdə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "azerisport"a açıqlamasında Azərbaycandan təklif aldığını təsdiqləyib. 

 

Ancaq o, hələlik son qərarını vermədiyini söyləyib: "Klubun adını çəkməyəcəyəm. Çünki indiki mərhələdə bunu demək qeyri-etik olar. Amma mənim həqiqətən belə bir variantım var. Hazırda Azərbaycan klubundan aldığım təklifi düşünürəm. Açığı, hələlik hər hansı qərar qəbul etməmişəm. Düşünmək üçün vaxt lazımdır."

 

Qeyd edək ki, A.Səmədov bu ilin yanvarında Moskva "Spartak"ından azad agent kimi "Krılya Sovetov"a keçmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin