Rüstəm erməninin kürəyini yerə belə çırpdı - VİDEO

21:42 24 İyun 2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında gümüş medal qazanan Rüstəm Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyanı sıradan çıxarıb.

 

Sportarena.az xəbər verir ki, o, rəqibinə vaza-ari xalı ilə qalib gələrək yarımfinala adlayıb.Rüstəm daha sonra finala adladığı üçün Ferdinand Karapetyan ¼ finalda rumıniyalı Stefania Adelina Dobreyə uduzan digər Azərbaycan idmançısı Hidayət Heydərovla təsəlliverici görüşdə üz-üzə gəlib.

 

Maraqlıdır ki, Heydərov da Karapetyana qalib gəlib.

 

 


Digər xəbərlər

Xəbər xətti