“Partizani” – “Qarabağ” matçının saatı açıqlandı

14:45 25 İyun 2019

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, oyun iyulun 10-da Tiranada baş tutacaq.Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək. Bu komandalar arasında cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq.

 

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti