“Yuventus” Buffonu qaytarır, İquainlə yollarını ayırır

09:33 26 İyun 2019

Fransanın PSJ klubunun qapıçısı Canluici Buffon yaxın vaxtlarda “Yuventus”a keçəcək.

 

Sportarena.az xəbər verir ki,tərəflər artıq razılığa gəliblər.Buffon İtaliya klubunda ikinci qapıçı Matias Perinanı əvəz edəcək. Beləliklə, o, əsas qapıçı Voytsex Şesninin əvəzləyicisi olacaq.

 

Xatırladaq ki, C.Buffon 2001-2018-ci illərdə “Yuventus”un şərəfini qoruyub və klubla birlikdə 20 kuboka sahib olub.

 

Bu arada, “Yuventus” yay ərzində hücumçu Qonsalo İquainlə yollarını ayırmaq niyyətindədir. Turin klubu onun əvəzinə “İnter”in forvardı Mauro İkardini transfer etmək istəyir.


Digər xəbərlər

Xəbər xətti