Rafael Ağayevin finalda uduzmasının səbəbi...

Sportarena.az      1 İyul 2018, 12:40

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçimiz Rafael Ağayevin finalda ukraynalı Stanislav Horunaya uduzması gözlənilməz olub.

 

Sportarena.az xəbər verir ki,gümüş medalla kifayətlənməli olan 34 yaşlı millimizin lideri  “Minsk-2019”da tam gücü ilə çıxış edə bilməyib.Belə ki, Rafael Ağayev bir ay əvvəl zədə alıb. Onun əzələsində 3-cü dərəcəli yırtıq aşkarlanıb. Bu səbəbdən “karatenin qara brilyantı” 25 gün heç bir idman hərəkəti etməyib. O, yalnız yarışa 4-5 gün qalmış məşq etmək gücündə olub.

 

Qeyd edək ki, 75 kq çəki dərəcəsində çıxış edən titullu karateçi “Minsk-2019”da mübarizəyə B qrupunda başlayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə yenən Ağayev Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0. Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi finala vəsiqə uğrunda estoniyalı Pavel Artamonovu da mübarizədən kənarlaşdırıb. Finalda Stanislav Horunaya 0:4 hesabı ilə uduzan Ağayev mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin