"Qarabağ"ın futbolçusu Azərbaycan millisində oynayacaq?

Sportarena.az      1 İyul 2018, 14:39

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Qarabağ"ın futbolçusu Migel Markos Maderaya (Miçel) yığma komandada oynamaqla bağlı təklif ünvanlayıb.

 

Sportarena.az sportal.az-a istinadən xəbər verir ki, 2015-ci ildən Ağdam klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi FIFA-nın qaydalarına əsasən, Azərbaycan millisində oynamaq hüququna malikdir. Çünki ispaniyalı futbolçu 5 ildir ki, Azərbaycanda çıxış edir. Miçel Azərbaycan vətəndaşlığını ala və millidə çıxış edə bilər.

 

Miçel ötən ay "Qarabağ"la müqavilə müddətini daha iki il uzadıb.

 

2015-ci ildən Ağdam təmsilçisində çıxış edən ispaniyalı yarımmüdafiəçi 144 oyunda 29 qol vurub, 4 dəfə Premyer Liqa, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin