AFFA daha bir futbolçunu milliləşdirir

Sportarena.az      3 İyul 2018, 11:00

AFFA daha bir türkiyəli futbolçunu milliləşdirmək niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, bu “Kayserispor”un futbolçusu Hasan Hüseyindir. 25 yaşlı yarımmüdafiəçi özü də bu barədə açıqlama verib: “Azərbaycandan təklif almışam. Düşünürəm və bu məsələyə müsbət baxıram. Millidə oynamaq hər kəsin arzusudur. Türkiyə millisində çıxış etmək istəyərəm, amma Azərbaycan yığmasında oynamaq da qürurverici olar”.

 

Qeyd edək ki, “Əskişəhərspor”un yetirməsi olan Hasan Hüseyin Acar 2011-ci ildən ötən ilə qədər bu klubda çıxış edib. O, 2015 və 2016-cı illərdə müvafiq olaraq “Göztəpə” və “Tokatspor”da icarə əsasında oynayıb. Ötən mövsüm "Kayserispor"un heyətində Superliqada 17 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol, 1 assistlə yadda qalıb. “Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Hasan 2013-cü ildə Türkiyənin U-20 yığmasının heyətində 3 matçda iştirak edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin