Fərhad Poladovun qardaşı: "Onun elə sevgilisi olmayıb” - VİDEO

18:30 3 İyul 2019

Avtomobil qəzası nəticəsində dünyasını dəyişən idmançı Fərhad Poladovun qardaşı Kamran Poladov açıqlama yayıb. 

 

Sportarena.az xəbər verir ki, o, instaqram səhifəsində video paylaşaraq özünü mərhum idmançının sevgilisi kimi təqdim edən Ülkər Abbaslı barədə danışıb. 

 

Kamran ağlayaraq video çəkib paylaşan xanımın Fərhadla əlaqəsinin olmadığını bildirib: "Ülkər Abbaslı kimdir? Mənim qardaşımın o adlı sevgilisi olmayıb. Bunu bilənlər bilir. Hamı bilir ki, qardaşım necə mərd, qeyrətli oğlandır. Ülkər hara, mənim qardaşım hara… Biz dəstək olanlara minnətdarıq, çox sağ olun”. 

 

 


Digər xəbərlər

Xəbər xətti