Canluici Buffon yenidən “Yuventus”a qayıtdı - FOTOLAR

12:17 4 İyul 2019

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu “Yuventus”a qayıdıb.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı qapıçı tibbi müayinədən keçmək üçün Turinə gəlib. Müayinədən sonra Buffon sabiq klubu ilə bir illik müqavilə bağlayacaq.İtaliyalı qapıçı bir il ərzində 1,5 milyon avro maaş və bonuslar alacaq.

 
Buffon 2002-ci ildə “Parma”dan 52,8 milyon avroya “Yuventus”a keçmişdi. İtaliya millisinin sabiq üzvü ötən yay PSJ ilə müqavilə imzalamışdı.



Digər xəbərlər

Xəbər xətti