"Fənərbaxça" sabiq "Qalatasaray"lını icarəyə götürdü

12:02 5 İyul 2019

Türkiyənin "Fənərbaxça" klubu transfer fəaliyyətini davam etdirir.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan Qarri Rodriqesi icarəyə götürüb. Kabo-verdeli futbolçu iki il "sarı-lacıvərdlilər"də çıxış edəcək.

 

Qeyd edək ki, Rodriqes 2017-2019-cu illərdə "Qalatasaray"da çıxış edib. 27 yaşlı vinger ilin əvvəlində 9 milyon avro qarşılığında "Əl-İttihad"a transfer olmuşdu.


Digər xəbərlər

Xəbər xətti