“Ronaldo ilə eyni komandada olmaq xüsusi hədiyyədir” - Buffon

Sportarena.az      5 İyul 2018, 15:45

PSJ-dən ayrılıb “Yuventus”a qayıdan Canluici Buffon Turin klubundakı yeni karyerası haqqında danışıb.

 

Sportarena.az xəbər verir ki, 41 yaşlı çərçivə qoruyucusu Kriştiano Ronaldo ilə eyni komandada oynamağı xüsusi hədiyyə adlandırıb: 

 

“PSJ-də Neymar və Mbappe kimi güclü futbolçularla bir yerdə çıxış etdim. İndi isə Ronaldo ilə komanda yoldaşı olacam. Kriştiano ilə eyni heyətdə olmaq xüsusi hədiyyədir”.

 

Qeyd edək ki, Buffon 2001-2018-ci illərdə "Yuventus"da oynayıb. Daha sonra PSJ-yə keçən 41 yaşlı qolkiper dünən yenidən Turin təmsilçisinə qayıdıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin