Maykl Essyen yenidən İngiltərəyə qayıda bilər

17:44 5 İyul 2019

"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən İngiltərəyə qayıda bilər. 

 

Sportarena.az xəbər verir ki, "Çelsi"nin yeni baş məşqçisi Frenk Lempard 37 yaşlı yarımmüdafiəçini komandada görmək istəyir. Amma baş məşqçi onun xidmətində futbolçu yox, məşqçi kimi maraqlıdı. 

 

Qeyd edək ki, Essyenin "Səbail"lə 2019/20 mövsümünün sonuna qədər müqaviləsi var. Qana millisinin sabiq üzvü 2005-2014-cü illərdə "Çelsi"də çıxış edib. Həmin müddətdə Lempard da komandanın formasını geyinib.


Xəbər xətti