Ronaldinyo məni döyürdü - FOTOLAR

12:37 6 İyul 2019

“Barselona” və Braziliya millisinin keçmiş ulduz futbolçusu Ronaldinyonun sevgilisi Priskilla Koelho qalmaqallı iddia ilə gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, o, “sambaçı”nın sevgili olduğu zamanlarda onu döydüyünü bildirib. 

 

Koelho əvvəlcə məhkəməyə müraciət etmək istəmədiyini, lakin məsələnin yoluna qoyulmadığını gördükdən sonra polisə ərizə yazdığını bildirib: “2018-ci ildə Ronaldinyo ilə aramızda mübahisə yaşanırdı. Mübahisələrin birində məni döydü. Həmin vaxt yerə yıxıldım və çox pis vəziyyətə düşdüm. Ancaq o zamanlar məkəməyə müraciət etmək istəmədim. Düşündüm ki, bu problem aramızda həll olunar. Lakin sonradan yanıldığımı anladım və polisə ərizə yazdım”.



Xəbər xətti