PSJ Neymarı cəzalandıracaq - Futbolçu məşqə gəlməyib

18:03 9 İyul 2019

Fransanın PSJ klubu hücumçusu Neymarı cəzalandırmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, futbolçu klubun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb.Klub yaydığı açıqlamada məyus olduğunu bildirib və Neymara qarşı müvafiq tədbir görəcəklərini bəyan edib. Lakin futbolçunun menecer qismində çıxış edən atası Neymarın məşqə gələ bilməyəcəyi haqda PSJ-yə qabaqcadan xəbər verdiklərini açıqlayıb.

 

O, vəziyyətin dramatik həddə çatdırılmamasını xahiş edib və Neymarın gələn həftənin birinci günündən kluba qayıdacağını bildirib.   

 

Qeyd edək ki, Neymarın PSJ-ni tərk etməkdə israrlı olduğu bildirilir. Onu İspaniya “Barselona”sı geri qaytarmaq niyyətindədir.


Xəbər xətti