Məşhur futbolçunun evindən oğurluq edilib - İtinin qaytarılmasını tələb edir + VİDEO

18:35 9 İyul 2019

"Liverpul"un sabiq hücumçusu Deniel Starricin Los-Ancelesdəki evində oğurluq hadisəsi baş verib.

 

Sportarena.az xəbər verir ki, hadisə nəticəsində ingilis futbolçunun iti oğurlanıb. Starric iti qaytarılacağı təqdirdə tələb olunan istənilən məbləği ödəməyə hazır olduğunu bildirib. O, bu barədə video-müraciət yayımlayıb.

 

Starric 2013-cü ildə 15 milyon avro qarşılığında "Çelsi"ni "Liverpul"a dəyişmişdi. 29 yaşlı forvard karyerası ərzində "Mançester Siti", "Bolton" və "Vest Bromviç" kimi klublarda da çıxış edib. İngiltərə Premyer Liqasında 218 matçda meydana çıxan Starricin aktivində 77 qol, 30 məhsuldar ötürmə var.

 

 


Xəbər xətti