İntihar edən qız Avropa çempionu olmayıb

11:18 10 İyul 2019

Dünən Bakıda intihar edən Aynur Əfqan qızı Məmmədzadənin gimnastika üzrə Avropa çempionu olmadığı ortaya çıxıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı "Qafqazinfoya" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib. O bildirib ki, gimnastika millisində heç vaxt belə adda idmançı olmayıb.

 

Qeyd edək ki, APA Aynur Məmmədzadənin Avropa çempionu olduğu barədə məlumat yaymışdı. 


Digər xəbərlər

Xəbər xətti