“Rəqibin müdafiədə oturacağını gözləmirdik” - Qurban Qurbanov

08:03 11 İyul 2019

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Partizani” klubu ilə keçirilən səfər oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis qolsuz başa çatan qarşılaşmadan sonra Albaniya təmsilçisinin müdafiədə oturacağını gözləmədiyini deyib:

 

“Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. “Partizani” göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik”.


Digər xəbərlər

Xəbər xətti