"Qolsuz bərabərlik yaxşı nəticədi" - “Partizani”nin prezidenti

Sportarena.az      11 İyul 2018, 10:21

““Qarabağ” güclü komandadır. Çox yaxşı da oyun keçdi”. 

 

Sportarena.az xəbər verir ki, bunu “Partizani”nin prezidenti Qazmend Demi deyib.Klub rəsmisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyunu dəyərləndirib.

 

O, yaxşı oyun keçdiyini və 0:0 hesablı nəticədən narazı qaldığını bildirib: “Qol imkanlarımız olsa da, yararlana bilmədik. İstənilən halda qolsuz bərabərlik yaxşı nəticədi. Bu hesab sayəsində əmsalımızı da artırırıq. Cütün qalibi haqda sual açıq qalır, hələlik xüsusi bir şey baş verməyib. “Ferensvaroş”u xatırlayırsınız? Onlar burda qol vurmuşdular, biz isə səfərdə. Baş məşqçimizin komandanı cavab matçına hazırlamaq üçün vaxtı var. Bu da yaxşı haldı”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü gələn həftə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin