“Fiorentina” rəqib qapıya 21 cavabsız qol vurdu - VİDEO

11:20 11 İyul 2019

İtaliyanın “Fiorentina” futbol klubu yoldaşlıq görüşündə “Val-di-Fass”dan olan həmvətənlilərini darmadağın edib.

 

Sportarena.az xəbər verir ki, oyun 21:0 hesabı ilə başa çatıb. Belə ki, “Fiorentina” rəqib komandaya birinci hissədə 8, ikinci hissədə isə 13 qol vurmağı bacarıb.

 

Qeyd edək ki, “Fiorentina” İtaliyanın “A” Seriyasının yeni mövsümünə hazırlıqlarını davam etdirir. Klub ötən mövsüm, 41 xal qazanaraq, cədvəldə 16-cı yeri tutmuşdu.

 

 


Xəbər xətti