“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

Sportarena.az      11 İyul 2018, 18:00

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyununun biletlərini satışa çıxarıb.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.Biletləri aşağıdakı satış məntəqələrindən almaq olar:

 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)
 

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk matçda hesab açılmayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin