“Neftçi” xal hesabımızı zənginləşdirdi

Sportarena.az      12 İyul 2018, 11:54

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Moldovada yerli “Sperantsa” klubuna 3:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib.Evdə Rumıniya təmsilçisi "Universitatya Krayova"ya uduzan (2:3) “Səbail” reytinq xalı qazandırmayıb.Bu mövsüm Azərbaycan 0,375 reytinq xalı qazanıb. Bunun 0,250-ni “Neftçi”, 0,125 xalı isə aktivinə “Qarabağ” yazdırıb. 
 

“Neftçi”nin qələbəsindən sonra son 5 mövsüm üçün ümumi xal 15,750-yə çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır.25-ci pillədə olan Qazaxıstanın 16,750 xala malikdir. Ən yaxın izləyici Polşanın isə 14,875 xalla 27-cidir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin