“Çox möhtəşəm bir kluba gəlmişəm" - “Qarabağ”ın yeni transferi

09:11 16 İyul 2019

“Qarabağ”ın yeni transferi  Rherras Faysal açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klubun feysbuk səhifəsinə danışan futbolçu möhtəşəm bir kluba gəldiyini bildirib. Mərakeşli müdafiəçi Ağdam təmsilçisi haqqında əvvəlcədən məlumatlı olduğunu da dilə gətirib: “Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum. Hər şey yüksək səviyyədədir. Belə kluba keçdiyim üçün həyəcanlıyam. İlk oyuna çıxacağım günü səbrisizliklə gözləyirəm. Müdafiənin həm sağ, həm sol cinahında çıxış edə bilirəm. Hətta yarımmüdafiədə də oynamışam.

 

Hansı mövqedə oynamağımdan asılı olmayaraq komandama faydalı olmağa çalışacam. “Qarabağ” haqqında məlumatım var idi. Avrokuboklarda oyunlarını izləmişdim. Fransa klublarına qarşı oynayandan sonra daha çox məlumat topladım. Azarkeşlər meydanda mübarizə aparan, sona qədər oynayan futbolçu görəcəklər”.


Xəbər xətti