Qəzaya düşən dünya çempionu öldü

Sportarena.az      16 İyul 2018, 10:39

Keçmiş amerikalı boksçu Pernell Uittaker xəstəxanada dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki,bu barədə “13News”un müxbiri Eli Uizerton Tvitter hesabında məlumat verib.

 

“İyulun 14-də 55 yaşlı Pernelli maşın vurdu. Avtomobilin sürücüsü gizlənmədi və polisin gəlməyini gözlədi. Keçmiş idmançı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilmədi”, - jurnalist qeyd edib.

 

Məlumat üçün bildirək ki, Uittaker həvəskar boksda yüksək nəticələr əldə edib. Onun hesabında 1984-cü ildə keçirilən Olimpiadada qazandığı qızıl medal, eləcə də dünya çempionatında və Panamerika Oyunlarında qələbələri var.  Olimpia oyunlarındakı qələbəsindən sonra peşəkar boksla məşğul olmağa başlayan Uittaker 40 dəfə qalib, 4 dəfə məğlub olub. Oyunların 4-ü heç-heçə ilə bitib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin