Zidanın oğlu Portuqaliya klubunda

Sportarena.az      16 İyul 2019 , 13:37

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinədin Zidanın böyük oğlu Enzo Zidanın yeni iş yeri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bundan sonra Portuqaliyanın “Aveş” klubunun uğurları üçün çalışacaq.Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Ötən mövsümü 14-cü pillədə başa vuran Premyer Liqa təmsilçisi Zidanla 2 illik müqavilə bağlayıb.

 

“Real”ın yetirməsi olan Enzo, Madrid klubunun əvəzedici heyətində oynasa da, əsas komandada debüt etməyib. O, bir müddət İspaniyanın “Alaves” klubunda oynadıqdan sonra İsveçrənin “Lozanna-Sport” klubuna üz tutub. Geridə qalan mövsümdə isə yarımmüdafiəçi icarə əsasında İspaniyanın “Rayo Mahadaonda” klubunun uğurları üçün çalışıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin