"Səbail" Rumıniyaya getdi

13:54 16 İyul 2019

"Səbail” Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya”la ilə cavab oyunu üçün Rumıniyaya yola düşüb.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi saat 12:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-İstanbul-Buxarest reysi ilə səfərə çıxıb. "Dənizçilər” Buxarestdən "Universitatya”nın təmsil etdiyi Krayova şəhərinə avtobusla yola düşəcəklər.

 

Heyət mənzil başına axşam saatlarında çatacaq. İyulun 17-də isə komandanın matçöncəsi məşqi olacaq.

 

İyulun 18-də Krayovadakı "İon Oblemenko” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bakıda baş tutan ilk matçda rumınlar 3:2 hesabı ilə qalib gəliblər.


Xəbər xətti