Millinin baş məşqçisinin anası ikinci dəfə qaçırıldı

16:00 16 İyul 2019

Nigeriya yığmasının baş məşqçisi Samson Siasianın anası qaçırılıb.

 

Sportarena.az xəbər verir ki, hadisə Bayels əyalətində baş verib. Quldurlar 76 yaşlı qadını evə daxil olaraq oğurlayıblar. Hələ ki, onlar məşqçi ilə əlaqə saxlamayıblar.

 

Qeyd edək ki, ana Siasia 2015-ci ilin noyabr ayında da bənzər hadisə ilə üzləşmişdi. Həmin vaxt 3 nəfər onu motosikletlə qaçırmışdı. Qadının ailəsi daha sonra tələb olunan pulu ödəmiş və ana Siasia 13 gündən sonra evə dönmüşdü.


Digər xəbərlər

Xəbər xətti