“Bakıya turist kimi gəlməmişik” - “Partizani”nin baş məşqçisi

Sportarena.az      16 İyul 2018, 20:31

“Penalti seriyası oyunun gedişatından asılıdır. Yenə qolsuz heç-heçə qeydə alına bilər və ona görə də penaltilərə hazırlaşmışıq”.

 

Sportarena.az xəbər verir ki, bunları Albaniyanın “Partizani” komandasının baş məşqçisi Franko Lerda “Qarabağ”a qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu ərəfəsində söyləyib.

 

“Dalğa Arena”da mətbuat konfransına qatılan italiyalı mütəxəssisin sözlərinə görə, məqsədləri növbəti mərhələyə yüksəlməkdir: “İlk matç geridə qalıb. Bakıya turist kimi gəlməmişik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Sabah qalib gələcəyimizə 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi "Partizani"dən qat-qat üstündür. Rəqibə hörmətlə yanaşırıq. Biz də öz bacarığımızı göstərmək istəyirik. İlk oyun "Qarabağ" haqda bildiklərimizi təsdiqlədi. Futbolçuları fərdi baxımdan çox yaxşıdırlar. Böyük təcrübəyə malik komandadır”.

 

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu saat 21:00-da başlanacaq. Bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin