"Sabah təcrübə və səbrin bizə faydası olmalıdır" - Qurban Qurbanov

Sportarena.az      16 İyul 2018, 21:02

“İlk oyundan rəqibi tanıdıq, ciddi komandadır. Çox düzgün və aqressiv formada müdafiə olunurlar. Həm də sürətli əks-hücumlar təşkil edirlər”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Albaniyanın “Partizani” komandası ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.47 yaşlı mütəxəssis “Azərsun Arena”da baş tutan mətbuat konfransından bildirib ki, diqqətli olmağa çalışacaqlar:

 

“Bu cür rəqiblərə qarşı oynamışıq. Rəqib düşərgənin açıqlamalarından da görünür ki, istəklidirlər. Biz də çalışacağıq ki, həddindən artıq diqqətli olaq. Təcrübəmiz var. Bəzən xeyli uğur əldə edəndən sonra hansısa turnirdə mənfi nəticə olur. Sabah təcrübə və səbrin bizə faydası olmalıdır.

 

Son illərdə bir stadionda oynaya bilmirik. Bu barədə danışmaq istəməzdim. Bu amil bizə mənfi təsir göstərir. Bizim üçün ən uyğun arena Tofiq Bəhramov adına Respublika stadionudur. Ancaq istənilən meydanda oynamalıyıq”.

 

Baş məşqçi penalti seriyasına köklənmədiklərini bildirib: “Penalti seriyasına hər bir komanda hazır olmalıdır. Ancaq futbolçularla hər zaman ümumi oyun haqda danışıram. Əvvəlcədən penalti seriyası barəsində düşünməkləri yaxşı deyil”.

 

Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu saat 21:00-da başlanacaq. Bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin