"Real" ən bahalı transferi reallaşdırmaq üzrədi

Sportarena.az      17 İyul 2018, 14:08

Yeni futbolçuların alınmasına 303 milyon avro xərcləyən "Real" yayın ən bahalı transferini reallaşdırmaq üzrədi.

 

Sportarena.az xəbər verir ki, "Kral Klubu"nun Paul Poqba transferində rəqibi qalmayıb. Belə ki, artıq "Yuventus" sabiq üzvünün transferindən vaz keçib.

 

Bununla da "Real" "Mançester Yunayted"in futbolçusunu istəyən yeganə klub olub. Poqba özü də "Real"da çıxış etmək istəyir. "Kral Klubu"nun 26 yaşlı futbolçu üçün 160 milyon avro təklif edir. Bu keçid baş tutsa, Poqba yayın ən bahalı transferi olacaq. Hazırda bu statusu "Benfika"dan "Atletiko"ya keçən Joao Feliks daşıyır. Madrid klubu onu 126 milyon avroya alıb.

 

Qeyd edək ki, "Mançester Yunayted" Poqbanı 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin