Məsut Özilin saçını ələ saldılar - FOTOLAR

Sportarena.az      17 İyul 2018, 16:55

"Arsenal”ın futbolçusu Məsut Özil saç rəngini dəyişib.

 

Sportarena.az xəbər verir ki, türk futbolçu saçlarını ağ rəngə boyayıb.Onun bu görüntüsü sosial mediada müzakirələrə səbəb olub. Əksər sosial media istifadəçiləri məsutu tənqid edib, bir çoxu onu ələ salıb.

 

Türk futbolçunun "Arsenal"dakı komanda yoldaşı Pyer-Emerik Aubameyanq da onunla zarafat edib. Məsutu qadınlar arasında dünya çempionatının qalibi olan ABŞ millisinin kapitanı Meqan Rapinoe ilə yan-yana qoyan qabonlu futbolçu "İndi necə dünya çemionatının qalibi olduqlarını anlayıram. Qardaşım, indiyə qədərki ən yaxşı saç düzümündü" yazıb.

 

Məsut özü isə bu addımının səbəbini açıqlayıb. Futbolçu bildirib ki, komanda yoldaşları Şkodran Mustafi və Sead Kolasinaçlə birlikdə Aleksandre Lakazette ilə topla qapı tirinə zərbə vurmaqla bağlı mərc ediblər. O, mərci uduzduğu üçün saç rəngini dəyişməli olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin