"Atletiko" növbəti transferini açıqladı

18:08 18 İyul 2019

"Atletiko" "Espanyol"un müdafiəçisi Mario Ermosonu transfer etdiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferin rəsmi qiyməti açıqlanmasa da, bəzi mənbələrin iddiasına görə, "Atletiko" 25 milyon avrodan artıq təzminat məbləği ödəyib.Mario Ermosonun ildə 3 milyon avro qazanacağı bildirilir.

 

Qeyd edək ki, Mario Ermoso "Real"ın yetirməsidi.


Digər xəbərlər

Xəbər xətti