Futbolçumuzdan Bundesliqa klubuna möhtəşəm qol - VİDEO

18:36 18 İyul 2019

Millimizin futbolçusu Dmitri Nəzərov Almaniya Bundesliqasında çıxış edən “Herta” klubuna qol vurub.

 

Sportarena.az xəbər verir ki, “Ertsqebirqe” klubunun formasını geyinən futbolçumuz növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyununda iştirak edib. 2-ci Bundesliqa komandası Almaniyanın elita təmsilçisi “Herta”nı 4:1 hesabı ilə məğlub edib. Start heyətdə meydana çıxan D.Nəzərov 41-ci dəqiqədə möhtəşəm qol vurub. O, 62-ci dəqiqədə əvəzlənib.

 

 


Digər xəbərlər

Xəbər xətti