“Başakşehirspor”un futbolçusu Arda Turanın ötən il aldığı “Grey Stone” adlı yaxtaya ödədiyi pulun miqdarı məlum olub.
Sportarena.az xəbər verir ki, lüks yaxta futbolçuya 2 milyon 950 min lirəyə (890 min 605 AZN) başa gəlib.Yaxtanın içi xüsusi olaraq Arda Turanın istəyi ilə dizayn edilib.
Demək olar ki, “Grey Stone” daxili dizaynına görə 5 ulduzlu hotellərdən fərqlənmir. 24 metr uzunluğundakı yaxtanın göyərtəsi 6 nəfər üçün nəzərdə tutulub. Biri VIP olmaqla, ümumilikdə 3 kabini var.
Hazırda Ardanın xanımı Aslıhan Doğan ilə oğlu Həmzə yaxtada istirahət edir. Futbolçunun isə həftəsonunu ailəsi ilə Bodrumda yaxtada keçirmək üçün rəhbərlikdən icazə alacağı deyilir.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin