"Qəbələ" xorvat müdafiəçi transfer etdi

Sportarena.az      19 İyul 2018, 17:04

2019/20 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

 

Sportarena.az xəbər verir ki, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatan "qırmızı-qaralar” xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb. 31 yaşlı müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.

 

Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın "Tomislav” klubunda başlayıb. Juniç ardınca Avstriyada "Singeringer”, "Markt Sankt Martin”, "Donau Lanqenlebarn”, "Austriya-2”, "Mattersburq-2”, "Şteqensbax”, Polşada QKS, Ukraynada "Volın”, "Çernomorets”, Rusiyada "Orenburq” klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın "Atırau” komandasında keçirib. O, bu ölkənin çempionatında 18 matçda 2 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin