“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili - FOTOLAR

11:00 22 İyul 2019

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.

 

Sportarena.az xəbər verir ki, o, yeni aldığı “Nissan GT-R” markalı avtomobili ilə fotosunu şəxsi İnstaqram hesabında paylaşıb.

 

Qeyd edək ki, Abdullayevin yeni “oyuncağı”nın qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir. Təcrübəli yarımmüdafiəçi bundan öncə “Maserati” markalı avtomobil sürürdü. O, həmin maşında olan dövlət nömrə nişanını “Nissan GT-R”ə daşıyıb.



Xəbər xətti