UEFA-dan Asim Xudiyevə təyinat

11:13 22 İyul 2019

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, o, Avropa Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək  "Lokomotiv” (Plovdiv, Bolqarıstan) – "Spartak” (Trnava, Slovakiya) matçının  hakim-inspektoru olacaq.

 

Qeyd edək ki, görüş iyulun 25-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti