Güləşçimiz XV Avropa Gənclər Olimpiya Festivalında qızıl medal qazandı

Sportarena.az      22 İyul 2018, 11:26

Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) ilk qızıl medalını qazanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı (-45 kq) final görüşündə türkiyəli Umut Çobanı bir neçə saniyəyə 9:0 hesabı ilə məğlub edib və görüş vaxtından tez başa çatıb.Bununla da Azərbaycan EYOF-da ilk qızıl medalını qazanıb.Daha bir yunan-Roma güləşçimiz Nihat Məmmədli isə bürünc medal qazanıb.55 kq çəki dərəcəsində güləşən Nihat türkiyəli Bəkir Atəşi bir neçə saniyəyə 11:0 hesabı ilə qalib gəlməklə görüşün vaxtından öncə başa çatmasına nail olub.

 

Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Əbülfəz Nəsirov (55 kq) finalda italiyalı Simone Vinçentso Piroddunu, Murad Haqverdiyev (45) isə gürcüstanlı Nikolozi Santeladzeni sınağa çəkəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin