"Qarabağ"ın sabiq qapıçısı Zaqreb "Dinamo"suna keçir?

Sportarena.az      22 İyul 2019 , 13:31

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin "Ərzurumspor" klubundan ayrılmağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, bosniya və herseqovinalı qapıçı komandanın Super Liqanı tərk etməsinə görə belə qərar verib. Məlumat görə, 30 yaşlı qolkiper Xorvatiyanın "Dinamo" klubunun transfer hədəfindədir. 24 yaşlı qapıçısı Dominik Livakoviçi Fransanın "Monpelye" klubuna 9 milyon avroya satan Zaqreb təmsilçisi boşluğu Şehiçlə doldurmağı planlaşdırır.

 

Bundan əlavə, Türkiyənin "Kayserispor" klubu da Bosniya və Herseqovina yığmasının üzvü ilə maraqlanır.

 

Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin