Maqaye Qeye "Qarabağ"a neçəyə başa gəlib? - MARAQLI

Sportarena.az      22 İyul 2018, 15:35

"Qarabağ" ötən həftə Türkiyənin "Osmanlıspor" klubunun hücumçusu Maqaye Qeye ilə müqavilə imzaladı.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun 29 yaşlı forvardın keçidi üçün ödədiyi təzminat bəlli olub. "Qarabağ" Seneqal və Fransa vətəndaşlığını daşıyan futbolçu üçün 290 min avrosundan keçib.

 

"Transfermarkt" Qeye üçün bu məbləğin ödənildiyini qeyd edib.

 

"Strasburq"un yetirməsi 2010-cu ildə İngiltərənin "Everton" klubuna 1,4 milyon avroya transfer olub. Geye "Brest", "Milluol", "Adanaspor" və "Osmanlıspor" klublarında da çıxış edib. Maqaye ötən mövsüm "Osmanlıspor"da 25 oyuna 9 qol vurub. Futbolçu Fransanın aşağa yaş qruplarından ibarət yığmalarının və Senqalın U-23 millisinin şərəfini qoruyub. (sportal)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin