"Kəpəz"in yeni baş məşqçisi və köməkçiləri rəsmən açıqlandı - FOTOLAR

Sportarena.az      23 İyul 2018, 14:25

“Kəpəz”in əsas komandasının baş məşqçisi təyin olunan Yaşar Vahabzadə Gəncəyə gəlib.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Vahabzadə və məşqçilər korpusuna daxil olan köməkçiləri Babək Alxasov, Vidadi Rzayev və Nadir Şükürov klubun məskunlaşdığı şəhər stadionunda futbolçular və texniki heyətlə görüşüb. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış etmiş 12 oyunçu qatılıb.

 

Yaşar Vahabzadə təyinatından danışaraq köməkçilərini komanda üzvlərinə təqdim edib. Gəncə futbolunun və “Kəpəz”in Azərbaycan futbolundakı mövqeyindən bəhs edən təcrübəli mütəxəssis yerli futbol məktəbinin potensialına güvəndiyini bildirib. Baş məşqçi daha sonra oyunçuları dinləyib. Görüşün sonunda komandaya uğurlar arzulanıb. Kollektivin yaxın günlərdə məşqlərə başlayacağı qeyd olunub.

 

Məşqçilər korpusu həmçinin, stadionun əsas və yardımçı meydançasının durumu ilə yaxından maraqlanıb. Tikintisi davam etdirilən süni örtüklü meydana da baxış keçirilib.

 

Yaşar Vahabzadə bundan öncə də “Kəpəz”də çalışıb. O, Gəncə klubunun Premyer Liqada yarışdığı son mövsümdə 2017/2018-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb. AFFA Məşqçilər Komitəsinin üzvü olan 59 yaşlı çalışdırıcının rəhbərlik etdiyi 21 yaşlılardan ibarət Azərbaycan yığması iki il öncə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin