Cəbrayıl Hacıyevdən qızıl medal - Möhtəşəm geridönüş

19:32 23 İyul 2019

XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə Azərbaycan pəhləvanı Cəbrayıl Hacıyev (65 kq) finalda rusiyalı Batırbek Tsxovrebov ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, görüşdə 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, möhtəşəm geri dönüş edən Cəbrayıl Həsənov 6:5 hesabı ilə qalib gələrək festivalda ölkəmizə səkkizinci qızıl medalı qazandırıb.

 

Xatırladaq ki, idmançımız finala gedən yolda gürcüstanlı Davit Patsinaşvilini (13:3), türkiyəli Hamza Duhan Dumanı (10:0), yarımfinalda isə isveçrəli Umar Mavlayevi (10:0) məğlub edib.


Xəbər xətti