“Neftçi” Rusiyaya uça bilmir - Təyyarədə problem yarandı

10:55 24 İyul 2019

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Neftçi” klubu “Arsenal” ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb Heydər Əliyev Beynəlxalq Hava limanından Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır.

 

AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda problemin həlli yolunda işlər görülür: 

 

“Təyyarənin plana əsasən, saat 11:00-da uçuş edəcəyi gözlənilir”.

 

“Neftçi” Moskvadan Tulaya avtobusla gedəcək.Xatırladaq ki, klublar arasında ilk görüş 25 iyul saat 21:00-da Tulanın “Arsenal” stadionunda keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti