Məsut Özil və komanda yoldaşı silahlı hücuma məruz qalıb - VİDEO

11:48 26 İyul 2019

"Arsenal"ın futbolçusu Məsut Özil silahlı hücuma məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, hadisə Londonun şimalında baş verib. Türk əsilli yarımmüdafiəçi avtomobili ilə yol getdiyi zaman skuterdə olan bıçaqla silahlanmış dəstə ona hücum edib. Həmin vaxt maşında Məsutun yanında komanda yoldaşı Sead Kolaşinats olub. 

 

Bu an Məsut yaxınlıqdakı tanışlarının çalışdığı "Likya" restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb. Həmin anların videosunu təsadüfi şahid lentə alıb. Daha sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib.

 

 


Xəbər xətti