Eddi İsrafilov İspaniyada klubunu dəyişir

11:06 29 İyul 2019

Milli komandamızın futbolçusu Eddi İsrafilov İspaniyanın "Alkorkon” klubunu tərk edib.

 

Sportarena.az xəbər verir ki, buna səbəb I divizion təmsilçisinin yeni baş məşqçisi Fren Fernandesin onun xidmətindən imtina etməsi olub. 27 yaşlı yarımmüdafiəçi adı Marbelyadakı təlim-məşq toplanışına aparılan futbolçuların siyahısına salınmayıb. 

 

"Aupa Alba” portalının məlumatına görə, İsrafilovun xidmətində digər I divizonun təmsilçisi "Albasete” maraqlıdı.

 

Qeyd edək ki, İsrafilov ötən mövsüm "Alkorkon”un heyətində 31 oyun keçirərək 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, əvvəllər İspaniyanın "Ximnastik”, "Kadis”, "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba” klublarında çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti