Aleksandr Səmədov karyerasını başa vurdu

Sportarena.az      30 İyul 2018, 16:44

Rusiya millisinin sabiq futbolçusu, Samaranın “Krılya Sovetov” klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını başa vurduğunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan əsilli yarımmüdafiəçi sosial şəbəkədə bununla bağlı müraciət yayıb.

 

“Futbolçu kimi karyeramı başa vurmaq vaxtı gəldi. Uzun illər yaşadım, işlədim, xəyallar qurdum. Bilirdim ki, yanımdasız. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istəyirdim. Və arzularıma çatdım. Şadam ki, hər zaman mənə inandız, dəstək oldunuz”, -deyə o, qeyd edib.

 

35 yaşlı futbolçu sonda bütün məşqçilərinə, komanda yoldaşlarına, tibbi personala və azarkeşlərə təşəkkür edib.

 

Xatırladaq ki, karyerası ərzində Rusiyanın “Spartak”, “Lokomotiv”, “Dinamo” kimi klublarında çıxış edən Səmədovun son iş yeri “Krılya Sovetov” olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin