Ramil Şeydayev: "Səninlə oynamaq xoş idi"

11:37 31 İyul 2019

Azərbaycan millisinin və Moskva "Dinamo"sunun hücumçusu Ramil Şeydayev karyerasını başa vurduğunu açıqlayan həmyerlimiz Aleksandr Səmədova dəstək verib. 

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı forvard "Facebook" hesabında keçmiş komanda yoldaşına bundan sonrakı həyatında uğurlar arzulayıb.

 

"Bu gün peşəkar futbolçu karyerasını rəsmi olaraq sonlandırmış Aleksandr Səmədova gələcək fəaliyyətində uğurlar arzulayıram. Qısa da olsa, səninlə eyni komandada oynamaq çox xoş idi" deyə Şeydayev qeyd edib.

 

Qeyd edək ki, Şeydayev və Səmədov ötən mövsüm "Krılya Sovetov"da birlikdə oynayıblar. Ramil "Krılya Sovetov"dan bir müddət əvvəl "Dinamo"ya keçib.


Digər xəbərlər

Xəbər xətti